"Fikirləşdim ki, yəqin, Prezident gəlir, amma qarşımızdan Ramiz Mehdiyev keçdi"

10-09-2020, 09:29           
"Fikirləşdim ki, yəqin, Prezident gəlir, amma qarşımızdan Ramiz Mehdiyev keçdi"
“Bizim hamımızın ağsaqqal kimi tanıdığımız Murtuz Ələsgərov Allahın rəhmətinə getmişdi. Həyətdə uzun çadır qurulmuşdu və ölkənin çox hörmətli insanları yas məclisinə gəlmişdilər. Mən yerimdə ora-bura boylandım ki, görəsən nə olub? Yanımda ayaq üstə dik dayanan məhkəmə hakimi kürəyimi dürtmələdi ki, ayağa qalxım. Hələ heç nə başa düşmürdüm. Elə fikirləşdim ki, yəqin Prezident gəlir. Yenicə qalxmışdım, gördüm Ramiz Mehdiyevlə Ramil Usubov qarşımızdan keçib, yas məclisini tərk edirlər! Əsgər kimi dik dayanan oradakı "hörmətli" adamlar tamam gözümdən düşdülər! Nə isə, çox iyrənc görünürdülər!”



Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Xeyrəddin Qoca deyib.



X.Qoca qeyd edib ki, YAP-da da təpədən-dırnağa "ramizləşmiş" belə bir adam var: “Yığıncağa qəsdən yubanır, insanlarla dolu salona elə daxil olur ki, sanki aktyor kimi səhnəyə atılır, çoxları özünü itirib, ayağa qalxırlar!.. Nə qədər mənasız, məzmunsuz danışsa da, ona əl çalırlar! Biz bu simasızların əlindən hara qaçaq?”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru