“Kaspersky Lab” dronlara qarşı yeni sistem hazırlayır

10-09-2020, 11:55           
“Kaspersky Lab” dronlara qarşı yeni sistem hazırlayır
Rusiyanın tanınmış texnologiya şirkəti “Kaspersky Lab” antidron sistemi üzərində işləyir.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, “Kaspersky Lab” tərəfindən hazırlanan yeni sistem yaxınlaşan hər hansı pilotsuz təyyarəni aşkar edə biləcək. Texnologiya şirkəti tərəfindən verilən məlumata görə, üzərində çalışdıqları yeni sistem aşkar etdiyi dronlara modelindən asılı olaraq müxtəlif cür təsir edə biləcək. Sistem tərəfindən tutulan pilotsuz təyyarə ya məcbur eniş edəcək, ya geri qayıdacaq, ya da idarəetməni itirəcək.
“Kaspersky Lab” sistemin hazırlıq işlərinin tamamlanmasının ardından həm Rusiya həm də Avropada eyni vaxtda satışa çıxara biləcəkləri qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru