Keçmiş AXC MK bəyanat verdi - Biz Sovet ordusunun silah işlədəcəyinə inanmırdıq!
21-01-2016, 12:46
teref.aznun elektron poçtuna 1989 ildə yaradılmış və Qarabağda özünümüdafiə batalyonlarının yaranmasında və silahlanmasında müstəsna rol oynamış AXC MK-nin bəyanatı dail olub. Onu sizin diqqətinizə çatdırırıq:
Azərbaycan Xalq Cəbhəsi Müdafiə Komitəsinin
Bəyanatı
AXC MK 1988- ci il dekabr ayında bir qrup vətənsevərlər tərəfində yaradılmışdır. Yarım hərbi strukturlaşmış bir təşkilat olub. Məramı Dağlıq Qarabağda erməni təcavüzünə qarşı xalqı səfərbər etmək, bu dəstələri əlaqələndirmək, yerli özünü müdafiə dəstələrini silahlandırmaq olub.
Bu günlərdə ANS telekanalında Kamil Mehdiyev adlanan bir şəxsin özünü AXC MK –nin müdafiə dəstəsinin zabit rəhbəri kimi təqdim etməsi və AXC MK adından yalan məlumat verdiyi üçün biz bu bəyanatı vermək məcburiyyətində olduq.
AXC MK olaraq tam məsuliyyətimizlə bəyan edirik ki, 1989- 90 illərdə AXC MK –nə 60 ədəd avtomatik silah daxil olmayıb. AXC MK şəhərə daxil olan ordu ilə silahlı qarşıdurmaya hazırlaşmayıb, AXC MK- da ordunun şəhərdə silah işlədəcəyi barədə heç bir məlumatı olmayıb və ordunun şəhərdə silah işlədəcəyini gözləmirdik. AXC MK-nın Kamil Mehdiyev zabit üzvü və MK nin dəstə rəhbəri olmayıb.
Kamil Mehdiyev Şaiq Vəliyevin dəstəsinin sıravi üzvü olub.
Şaumyan rayonunun raykom katibi və polis rəisinin əsr götürülməsi, saxlanılması və sonrakı talelərinə onların heç bir dəxli olmayıb və ola bilməzdi.
Əsr götürülmüş Ağacanyan və polis rəisini rəhmətlik Xəyyam adlanan qrup rəhbərimizin qurduğu əməliyyatın nəticəsi sayıla bilər. Onları Bakıya gətirmək əməliyyatında isə Millət vəkili Fəzail Ağamalının böyük rolunu qeyd etmək lazımdir.
Əskər ölümləri ilə bağlı onu deyə bilərik ki, bu qrupun cəmi 1 əskər həyatına sui –qəsd cəhdi ilə bağlı həbsi haqqında məlumatımız var. Onların məhkəməsi Bakı şəhər məhkəməsində keçirilib.
AXC MK olaraq bəyan edirik ki, 1990- cı il 20 yanvarda Sovet ordusu tam silahsız bir şəhərin üstünə dırnaqlarına qədər silahlanmış bir ordu yeritmişdi və ona qarşı heş bir təşkilatlanmış müqavimət hərəkatı olmamışdı. Düzdür yenə təkrar edirik, bəzi üzvlərimizdə və üzvümüz olmayan vətəndaşlarda kişik çaplı silahlar,birdə ov tüfəngləri var idi ki, onlarda qırğın getdiyini görüb silahlardan istifadə etmişdilər.
Bakı şəhərində heç yerdə bizim tərəfimizdən aftomatik silahlardan istifadə olunmamışdı, çünki o zaman bu silahlara malik deyildik.
Əgər Qarabağa 89-90 illərdə Bakıdan avtomat silahlar göndərilibsə o rayonların özünümüdafiə dəstələrinin rəhbərli hamısı sağdır onlar məlumat verə bilərlər!
Qeyd etmək istəyirik ki, AXC MK 1992 ildə özünü buraxaraq tam AXC-nin tərkibinə keçdi!
AXC MK -nın sədri M.Əlizadə
AXZC MK-nın sədrin müavini M.Məmmədov
AXC MK-nın sədrinin müavini N.İsmayılov
Bak şəhəri 2016 il 21.yanvar