Səfər Mehdiyevin 1.3 milyonluq bünövrəsi: Müqavilə bağladı – “Progress” şirkəti kimindir?

12-09-2020, 10:33           
Səfər Mehdiyevin 1.3 milyonluq bünövrəsi: Müqavilə bağladı – “Progress” şirkəti kimindir?
Dövlət Gömrük Komitəsi “Progress” Sənaye-İstehsalat Şirkəti ilə maliyyə dəyəri 1 331 832.61 AZN olan müqavilə imzalayıb.

Teref.az yenisabah.az-a istinadən xəbər verir ki, müqaviləyə əsasən şirkət bu məbləğə DGK-nın yeni inzibati binasının tikintisi ilə əlaqədar bünövrə işlərini həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Progres” Sənaye-İstehsalat Şirkəti 26 dekabr 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 20, mənzil 5B-də yerləşir. “Progress”in qanuni təmsilçisi Atakişiyev Azər Mətləb oğludur.

Açıq mənbələrdə Azər Atakişiyev barəsində hər hansı məlumat yoxdur. Elə “Progress” də 26 ildir fəaliyyət göstərməsinə baxmayaraq o qədər də tanınan şirkət deyil. Hər halda şirkət haqqında axtarışlarımız nəticə vermədi. Buna baxmayaraq, “Progress” ayrı-ayrı yerli və mərkəzi icra hakimiyyətlərinin keçirdiyi milyonluq tenderlərin qalibi olub. Məsələn, şirkət Kürdəmir, Ucar, Ağcabədi, Abşeron rayonları ərazisində məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintisi işləri üzrə 1 may 2019-cu ildən 13 mart 2020-ci ilə qədər ümumi dəyəri 18 milyon manat civarında 6 tender udub.

Dövlət qurumlarının 20 manatlıq şirkətə iri məbləğli layihələri hansı səbəbdən etibar etdiyi bəlli deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru