Araik Arutyunyan: “Bəli, Ağdam da Xankəndi, Şuşa, Laçın və ya Kəlbəcər kimi bizim vətənimizdir…” "Bundan sonra sözü regionun ən güclüsü sayılan Azərbaycan Milli(!) Ordusuna veririk..."

14-09-2020, 09:17           
Araik Arutyunyan: “Bəli, Ağdam da Xankəndi, Şuşa, Laçın və ya Kəlbəcər kimi bizim vətənimizdir…”
Araik Arutyunyan: “Bəli, Ağdam da Xankəndi, Şuşa, Laçın və ya Kəlbəcər kimi bizim vətənimizdir…”

"Bundan sonra sözü regionun ən güclüsü sayılan Azərbaycan Milli(!) Ordusuna veririk..."

“Ağdamdakı bu bağım cənnət çiçəklənməsi ilə yalnız mənim bu torpaqda apardığım uzun illik mübarizənin nəticəsinə deyil, həm də hökumətin dəstəyi ilə bütün Ağdamı böyük bir çiçəklənən bağa çevirməli olan bir çox soydaşımızın nümunəsinə dəlalət edir…”

Moderator.az xəbər verir ki, işğalçı Ermənistan nəşrlərinin yaydığı məlumata görə, həyasızlıqda son həddi aşan bu fikirləri Azərbaycan Respublikasının 30 ilə yaxındır işğal altında qalan 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu xunta rejiminin rəhbəri sayılan Araik Arutyunyan “Facebook” səhifəsində yazıb və bu haqda bir video yayımlayıb.

Üzdəniraq separatçı liderin bəyanatında daha sonra deyilir:

“Əziz həmvətənlər!

1997-ci ildə o dövrün rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin ərazi güzəştləri yolu ilə həll olunmasını müzakirə edərkən öz cüzi mal-mülkümü bir bankda girov qoyaraq Aknada (keçmiş Ağdam) bağçılıqla məşğul olmağa başlayan az sayda ermənilərdən biri də mən oldum. Bir dəfə demişəm, yenə təkrar edirəm, bu, müharibənin ağrı-acısını yaşamış 24 yaşlı bir gəncin bənzərsiz bir reaksiyası idi ...

“Bəli, Akna(Ağdam) da Stepanakert(Xankəndi), Şuşi(Şuşa), Berdzor(Laçın), Tiqranakert(Şahbulaq-Pənahabad) və ya Karvaçar(Kəlbəcər) kimi bizim vətənimizdir. Və mən bu bəyanatı Ağdamdakı bu bağımdan bütün ermənilər adından verirəm. Həmin bağ cənnət çiçəklənməsi ilə yalnız mənim bu torpaqda apardığım uzun illik mübarizənin nəticəsinə deyil, həm də hökumətin dəstəyi ilə bütün Ağdamı böyük bir çiçəklənən bağa çevirməli olan bir çox soydaşımızın nümunəsinə dəlalət edir.

Bu, bizim bugünkü gündəmimizdir və artıq gerçək fəaliyyətdə rəhbər tutulacaq aktiv addımlar atmağa başlamışıq...”

P.S. Bundan sonra sözü regionun ən güclüsü sayılan Azərbaycan Milli(!) Ordusuna veririk...














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru