Heydər Əsədova güc gələn baytar: Aslan Aslanov naziri necə yerində oturtdu?

30-01-2016, 01:35           

Xəbər verildiyi kimi, ötən gün kənd təsərrüfatı naziri Heydər Əsədov geniş kollegiya iclası keçirib. İclasda nazir Baytarlıq tədbirlərinin həyata keçirilməsində şəffaflığın təmin edilməsi üçün rayon və şəhər Baytarlıq İdarələrinin rəislərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Kollegiyanın qərarına əsasən işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib, 2 Rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib.Bundan başqa 1 Rayon və 1 Şəhər Baytarlıq İdarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib, 4 Rayon, həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq İdarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon Baytarlıq İdarəsinin rəisinə töhmət elan edilib.
İclasda ən şokedici qərar isə Bakı şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanovun vəzifədən uzaqlaşdırlması olub. Nazir A.Aslanovu məlum postundan uzaqlaşdıraraq Qubadlı rayonuna baş baytar təyin edib. Amma məsələ bununla bitməyib və bu qərardan şoka düşən Aslan Aslanov dərhal hərəkətə keçib və yeni təyinatla razılaşmayıb. Məlumatda qeyd olunur ki, qərar dünən günün ikinci yarsında verilib. Aslan Aslanov Dəmiryolu İdarəsinin rəisi Cavid Qurbanovun yaxın qohumudur və zaman-zaman Qurbanovun dəstəyindən yararlanıb. bu dəfə də eyni dəstəkdən istifadə olunub. Belə ki, teref.az olaraq “bizimxeber”in məsələ ilə bağlı məlumatlarını olduğu kimi diqqətinizə çatdırırıq:
“Aslan Aslanov Bakı şəhər Baytarlıq İdarəsinin rəisi olmazdan öncə uzun illər 3-cü Mikrorayon bazarının baş baytar həkimi işləyib. Cavid Qurbanovun dəstəyi ilə İsmət Abbasovun nazir olduğu zamanlarda Bakı şəhər Baytarlıq İdarəsi rəisi postuna can atsa da, müavin postu ilə kifayətlənmişdi.
Amma Heydər Əsədov nazir təyin olunan zaman Aslan Aslanovu yenidən 3-cü Mikrorayon bazarının baş baytar həkimi təyin etdi. Yenə də Cavid Qurbanovun məsələyə müdaxiləsi ilə qısa zamandan sonra Aslanov Bakı şəhər Baytarlıq İdarəsi rəisi postuna yiyələndi. Amma çox maraqlıdır ki, böyük gəlir mınbəyi sayılan 3-cü Mikrorayon bazarının baş baytar həkimi postu iki gün əvvələ kimi formal təyinatla idarə olunurdu. Yəni, bu bazar yenə də Aslanovun nəzarətində idi. Aslanov sona qədər bu posta kiminsə təyin olunmasına imkan verməyib.
Bir sözlə, Cavid Qurbanov Aslan Aslanovu hələ də qoruyur və ötən gün də yenidən ona dəstək olub. Belə ki, nazirin Qubadlıya baytar həkimi təyin etməsi qərarəı ilə razılaşmayan Aslan Aslanov yenidən Cavid Qurbanova sığınıb. Cavid Qurbanov növbəti dəfə Heydər Əsədovdan heç olmasa Aslanovun 3-cü Mikrorayon bazarına baş həkim kimi qaytarılmasını xahiş edib. Cavid Qurbanovun xahişindən sonra Heydər Əsədov günorta saat 3-də kollegiyanın iclasında verdiyi qərarı dəyişmək məcburiyyətində qalıb və Aslanov 3-cü Mikrorayon bazarına baş baytar həkim təyin olunub.
Maraqlıdır, görəsən Heydər Əsədov Aslanovla bağlı qərarı niyə dəyişdi? Ümumiyyətlə, bir saat icərisinsdə qərar dəyişmək nə qədər qanunlarla mümkündür? Məlumat üşün bildirək ki, Abşeron rayon baş baytar həkimi Fəxrəddin Səmədov da eyni iclasda Aslanovla bərabər vəzifədən uzaqlaşdırlıb. F.Səmədova heç bir vəzifə təklif olunmayıb və faktiki olaraq o işsizdir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.