Ağdamda rüşvət alan məmurun yuxarıya hesab verməsi etirafları- Yeni VİDEO

31-01-2016, 21:24           
Ağdamda rüşvət alan məmurun yuxarıya hesab verməsi etirafları- Yeni VİDEO
Əslində, bu yazı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova, Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Ramil Usubova, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Cənab Mədət Quliyevə, Azərbaycan Respublikası Ədliyyə Naziri Cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Cənab Ramiz Mehdiyevə, İnsan Hüquqları üzrə Müvəkkil (OMBUDSMAN) Elmira xanım Süleymanovaya bir müraciət olaraq da qəbul oluna bilər.

Artıq iki gündür ki, sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuş Ağdam Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədovun, rüşvət almaqda ittiham olunan rayonun Qeydiyyat Şöbəsinin rəisi Zöhrab Zeynalovun bu hərəkətləri ilə bağlı telefon vasitəsilə münasibət öyrənən AZER.PRESS saytının əməkdaşı, VHM Hüquq Müdafiə Təşkilatının sədri Elnur Vaqifoğluya söylədikləri etik davranış qaydalarını aşması, həmin məmurun ünvanına nalayiq ifadələr işlətməsi olayı hesab edirik ki, bu yazı və ardınca izləyəcəyiniz video reportajla daha böyük səs-küyün, rezonansın şahidi ola biləcəyik.

Çünki aşağıda verdiyimiz həmin video reportajda Vətəndaş Hüquqlarının Müdafiəsi Təşkilatının (VHM) sədri Elnur Vaqifoğlu tərəfindən hazırlanaraq təqdim olunan sujet çox qaranlıq məqamları aydınlaşdıracaqdır. Biləcəksiniz ki, Ağdam Qeydiyyat Şöbəsinin rəisi Zöhrab Zeynalov etiraf edir ki, onun özünün təbrincə desək, Azərbaycan məmurunun rüşvət yığdığı və hesab çatdırdığı “KATYOL” var. Eyni zamanda onu da biləcəksiniz ki, bütün rayonlarda Qeydiyyat Şöbələrinin iş prinsipi Doğum Haqqında Şəhadətnamə verərkən, yenə onun fikirlərinə istinad etməklə, sistemə vurulur və buna görə “yuxarı” nəzərdə tutduğu quruma “hesab” verməkdən ibarətdir. Çünki Z.Zeynalov iddia edir ki, verdiyi həmin sənəd qanun vericiliyin tələbinə zidddir, yəni qanunsuz olaraq 2009-cu il təvəllüdlü şəxsə məhkəmə qətnaməsi olmadan verdiyi üçün onu “yuxarı” nəzərdə tutduğu orqana çağıraraq aldığından onlar da istəyəcəklər, özü də hətta buna görə Allahı da özünə şahid göstərir və qeyd edir ki, həyatında ilk dəfədir gördüyü şəxsin guya səmimiyyətinə görə o, “yuxarılar” ilə arasında olan haqq-hesab zamanı dediyi “katyol”da çox böyük əziyyət çəkəcəyini qeyd edir. Və guya özlüyündə pulsuz verilməli olduğu Doğum Haqqında Şəhadətnaməyə görə 50 manat aldığı rüşvətin az olması səbəbindən minnət də vurmağı unutmur.
Bunun ardınca isə işi dövlət tərəfindən ona ayrılmış iş otağında fəaliyyəti üzrə vətəndaşların problemləri ilə maraqlanmaq əvəzinə son model plazma televizorda yığdırılmış əcnəbi kanalların heyvanlar aləmi göstərən kanallarını izləməklə heç bir dövlət məmuruna yaraşmayan söhbətlər edir. Özünün Xoruz döyüşdürdüyünü, evində döyüş üçün xoruz bəslədiyini böyük fəxarət hissi ilə dilə gətirməsi sadəcə olaraq bütövlükdə təmsil etdiyi Ədliyyə Nazirliyi sisteminə də, böyük hissəsindən çoxu işğal altında olan çalışdığı AĞDAMa da utanc gətirəcək bir hərəkətdir. Ölkədə son dövrlər yaranmış bir sıra problemlərlə əlaqədar Cənab Prezidentimizin çıxışlarını, cəbhədə baş verən hadisələri izləmək, çox yaxınlıqda yerləşən cəbhə xəttində əsgərlərin problemləri ilə maraqlanmaq əvəzinə özünün dediyi kimi xoruz nakautlarına baxması və xoruz döyüşdürməsi, çox rahat şəkildə rüşvət almaqla hələ tabeçiliyində olan təşkilatları da aldığı rüşvətə şərik olduğunu ilk dəfə gördüyü qarşısındakı vətəndaşa açıb danışması sadəcə Ağdam rayonunda yaşanan böyük bir rəzalətin kiçik bir qismidir. Bütün bu olaylar məhz bizim ökləmizdə, özü də müharibə gedən bir respublikanın cəbhə bölgəsində baş verir. Bu da həmin rayon rəhbərliyinin yerində olmamasının əyani sübutudur. Çünki bu rayonun icra başçısı cənab “Mamedov” rayonu idarəçilik prinsipləri ilə deyil, MƏLƏDƏCƏM, ANASINI AĞLADACAM kimi yöntəmlərlə idarə etməsi səbəbindən bu kimi problemlər yaşanır. Sizləri çox da intizarda qoymadan həmin video reportajımızı izləməyə dəvət edirik. İnanırıq ki, bu dövləti sahibsiz zənn edərək dövlətçilik prinsiplərinə zidd, dövlətin oluşdurduğu daxili siyasəti ilə deyil, öz yöntəmləri ilə idarə etmiş və tərəfimizdən ifşa olunan Ağdam rayonunun həmin dövlət məmurları layiqli cəzalarını alacaqlar. Çünki bu dövlət əmin əllərdədir, heç də “Mamedov” kimilərinin düşündüyü kimi sahibsiz deyildir…
Mövzu diqqətimizdədir…
Adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq!
teref.az
[media=https://www.youtube.com/watch?v=AZ5ntBIfLXI]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.