Azərbaycan və Ermənistandakı əsir-girovların sayı açıqlandı

5-01-2021, 16:20           
Azərbaycan və Ermənistandakı əsir-girovların sayı açıqlandı
“Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tərdbirlər nətcisəində 12 hərbi qulluqçumuz və 2 mülki şəxs əsirlikdən azad edilib”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, hazırda 2 mülki azərbaycanlı erməni girovluğunda saxlanılır:

“Azərbaycanda isə 5 erməni əsilli şəxs saxlanılır. Onlardan 2-si hərbi, 3-ü isə mülki şəxsdir. Onlar barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat verilib”. (Modern.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.