Azərbaycanda saxlanılan 58 erməni Ermənistana qaytarılıb.

5-01-2021, 18:46           
Azərbaycanda saxlanılan 58 erməni Ermənistana qaytarılıb.
“27 sentyabrda Azərbaycan Ordusu tərəfindən ək-hücum əməliyyatı zamanı düşmən məğlub edilib. Şəhidlərimizin qanı yerdə qalmadı və qisası alındı. 2020-ci il 10 noyabr tarixli 3 tərəfli bəyanatın 8-ci bəndinə əsasən, hərbi əsir, girov, habelə cəsədlərin dəyişdirilməsi həyata keçirilməlidir”.

Turaz.org bildirir ki,bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün keçirilən mətbuat konfransında deyib.O bildirib ki, Dövlət Komissiyası tərəfindən birtərəfli qaydada 2 dekabr, 9 dekabr, 11 dekabr və s. tarixlərdə erməni vətəndaşı olan şəxslər, habelə erməni hərbi qulluqçular Ermənistana təhvil verilib:

“2020-ci ilin dekabrın 14-də Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən, həmçinin girovluğundan azad edilərək, vətənə gətirilib. 3 tərəfli bəyanata uyğun olaraq sonuncu proses 28 dekabrda həyata keçirilib. Azərbaycanda saxlanılan 58 erməni milliyyətli şəxs geri verilib. Azərbaycanda hələ 5 hərbçi və 2 mülki şəxs saxlanılır. Qarşı tərəfdə isə 2 mülki şəxs saxlanılır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru