Türkiyənin Azərbaycanda hərbi bazası yerləşdirilməyəcək - Vaqif Dərgahlı

8-01-2021, 20:24           
Türkiyənin Azərbaycanda hərbi bazası yerləşdirilməyəcək - Vaqif Dərgahlı
Azərbaycanın Müdafiə Nazirliyi (MN) bir sıra xarici media orqanlarında ölkəmizin 3 şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Teref.Az xəbər verir ki, MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir”, - deyə MN rəsmisi vurğulayıb.

/unikal.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru