Bill Qeyts yenə milyonlarla insanın öləcəyəni dedi: “Daha 2 böyük təhükə yaxınlaşır”
7-02-2021, 14:54
“Bəşəriyyət yaxın zamanda daha ölümcül bəlalarla üz-üzə qalacaq”. Cebhe.info xəbər verir ki, bunu milyarder Bill Qeyts deyib. O bildirib ki, belə təhlükələrdən biri kilmat dəyişikliyidir. “Qlobal istiləşmə nəticəsində hər il ölü sayı artacaq, həlak olanların sayı hətta koronavirus və digər pandemiyalardan da çox ola bilər", -deyə milyarder xəbərdarlıq edib. İkinci böyük təhlükə olaraq Bill Qeyts bioterrorizmi göstərib: "Kimsə bəşəriyyətə böyük masştablı ziyan vurmaq istəsə, yeni ölümcül virus yarada bilər. Nəticə isə faciəvi olacaq"./Anaxeber.info/
Xatırladaq ki, "Microsoft"un qurucusu olan milyarder bundan əvvəl də dəfələrlə bu qəbildən olan açıqlamalarla gündəmə gəlib. Bildirib ki, dünyada milyonlarla insanı müharibə yox, yoluxucu virus öldürəcək.