ABŞ mayın 4-dən Hindistandan gələnlər üçün giriş məhdudiyyətləri tətbiq edəcək

1-05-2021, 08:14           
ABŞ mayın 4-dən Hindistandan gələnlər üçün giriş məhdudiyyətləri tətbiq edəcək
ABŞ administrasiyası Hindistanda yeni koronavirus ştammlarının yayılması ilə əlaqədar oradan gələnlər üçün ölkəyə giriş məhdudiyyətləri tətbiq edəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki tərəfindən yayımlanan yazılı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub: "Xəstəliklərin Nəzarəti və Qarşısının Alınması Mərkəzlərinin tövsiyəsi ilə [ABŞ] administrasiyası Hindistanda qeyd olunan çox sayda koronavirusa yoluxma halları və bir çox ştammlarının yaranması fonunda oradan gedişini dərhal məhdudlaşdıracaq".

Bildirilib ki, yeni qaydalar mayın 4-dən qüvvəyə minəcəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru