TƏBİB: Vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur

5-05-2021, 10:11           
TƏBİB: Vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur
"Koronavirus əleyhinə vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur".

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, baş ağrısı, üşütmə, qızdırma, halsızlıq, əzələ ağrısı kimi yüngül simptomların olması isə normal qəbul edilir: "Bu kimi hallar 2-ci dozaya əks göstəriş sayılmır. Vaksinasiya strategiyasına uyğun olaraq yanvarın 18-dən Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi başlayıb, ciddi anafilaktik reaksiyaların olması müşahidə edilməyib".

Qeyd edək ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "Coronavac" və İngiltərənin Oksford Universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (istehsalçı şirkət “AstraZeneca“) istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru