Gənclər və İdman Nazirliyindən yanlış "İntiqam Babayev" AÇIQLAMASI

5-05-2021, 21:06           
Gənclər və İdman Nazirliyindən yanlış "İntiqam Babayev" AÇIQLAMASI
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti tərəfindən mətbuata verilmiş açıqlama birmənalı qarşılanmır.

Söhbət nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın "nazir vəzifəsini hazırda nazir müavini İntiqam Babayev icra edir” açıqlamasından gedir.

Sfera.az xatırladır ki, bu açıqlama həqiqəti əks etdirməməklə yanaşı, ciddi protokol xətasıdır. Çünki nazir hər hansı səbəbdən olmadıqda və ya səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətlərini icra etmək üçün Prezident sərəncamı lazımdır.

İntiqam Babayevlə bağlı isə Prezident sərəncamı yoxdur.

Prezidentin səlahiyyətinə aid olan məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin bu cür açıqlaması ciddi qanun pozuntusu və tənbeh predmetidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.