“WhatsApp”ın yeni istifadə qaydaları qüvvəyə minib

16-05-2021, 10:20           
“WhatsApp”ın yeni istifadə qaydaları qüvvəyə minib
“WhatsApp” messenceri ciddi mübahisələrə səbəb olan yeni istifadə qaydalarını qəbul etməyən şəxslərə qarşı tədbirlərə start verib.

Mayın 15-dən başlayaraq qaydalarla razılaşmayan istifadəçilərin zəngləri və mesajları bloklanacaq.

Hərçənd, bundan əvvəl bir neçə həftə ərzində istifadəçiyə xəbərdarlıq göndəriləcək.

Şirkətdən verilən açıqlmaya görə, yeni qaydalara əsasən, şəxsi yazışma və zəng məlumatları həmişəki kimi öz məxfiliyini qoruyub saxlayacaq.

Qeyd edək ki, “WhatsApp”ın yeni istifadə qaydaları cari ilin əvvəllərindən başlayaraq ciddi etirazlara səbəb olub. Milyonlarla istifadəçi messenceri boykot edərək, alternativ proqramlara üstünlük verib. Bəzi ekspertlərin fikrincə, yeniliklər ABŞ xüsusi xidmət orqanlarına istifadəçiləri izləmək və onların mövqeyinə təsir etmək kimi imkanlar yaradır.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru