Dmanisidə svanlar azərbaycanlılara belə hücum etdi... - ANBAAN VİDEO

18-05-2021, 13:56           
Dmanisidə svanlar azərbaycanlılara belə hücum etdi... - ANBAAN VİDEO
Gürcüstanın Dmanisi rayonu, 9 aprel küçəsində yerləşən azərbaycanlılara məxsus mağazanın önündə baş vermiş davanın görüntüləri yayılıb.

Redaktor.az-ın məlumatına görə, svanların soydaşlarımıza hücumu ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi də rəsmi məlumat yayıb. Bildirilib ki, mayın 16-da saat 17:00 radələrində bir qrup şəxs sahibkar Qəşəm Şamilova məxsus olan mağazanın qarşısına gələrək ona və orada olan digər Azərbaycanlı şəxslərə hücum ediblər Nəticədə kütləvi dava baş verib.

Hadisə zamanıbir neçə nəfər ciddi xəsarət alıb. İnsidentin iştirakçıları olan 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Dövlət Komitəsi insidentdən dərhal sonra soydaşlarımız ilə əlaqə saxlayıb, hadisənin bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəməməsi səbəbindən baş verdiyi deyilib.

Aysel Hacıyeva / Redaktor.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.