Azərbaycana bu il idxal olunan “Aİ-92” benzinin həcmi açıqlanıb

18-05-2021, 21:19           
Azərbaycana bu il idxal olunan “Aİ-92” benzinin həcmi açıqlanıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana 19,731 mln. ABŞ dolları dəyərində 31 992,1 ton avtomobil benzini (“Aİ-92”, “Aİ-95” və “Aİ-98”) idxal edilib.

Sozcu.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan benzinin həcmi 99,2%, dəyəri isə 61,7% artıb.

Qeyd edək ki, 2021-ci ilin mart ayında ölkə “Aİ-92” markalı benzinin idxalını bərpa edib. Belə ki, mart ayında Azərbaycana 2,387 mln. ABŞ dolları dəyərində 4 995,64 ton sözügedən məhsuldan idxal olunub və martda “Aİ-92″yalnız Gürcüstandan gətirilib.

Xatırladaq ki, 2021-ci ilin I rübündə Azərbaycana gətirilən benzinin əsas hissəsini “Aİ-95” (“Premium”) markalı avtomobil benzini təşkil edib. Belə ki, hesabat dövründə sözügedən benzindən ölkəyə 16,781 mln. dollarlıq 26 277,71 ton gətirilib ki, bu da illik müqayisədə həcm ifadəsində 71,6%, dəyər ifadəsində isə 45,1% artıb. Əsas ixracatçı olan Rusiya Azərbaycana 15,143 mln. dollar dəyərində 23 721,48 “Premium” benzin ixrac edib ki, bu da illik müqayisədə həcm ifadəsində 60,4%, dəyər ifadəsində isə 36,2% çoxdur.

“Aİ-98” (“Super”) markalı benzinə gəldikdə, sözügedən benzini Azərbaycana yanvar-martda yalnız Rumıniya ixrac edib. Sözügedən məhsuldan ölkəyə 562,73 min dollarlıq 718,75 ton gətirilib ki, bu da illik müqayisədə 3,4 dəfə çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru