Moskva sərhəd məsələsində vasitəçilik təklif etdi BİRGƏ KOMİSSİYA YARADILA BİLƏR

19-05-2021, 10:52           
Moskva sərhəd məsələsində vasitəçilik təklif etdi BİRGƏ KOMİSSİYA YARADILA BİLƏR
Rusiya Federasiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Yerevana və Bakıya sərhəddəki vəziyyətin həllində kömək təklif edib.

Virtualaz.org-un məlumatına görə, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib ki, Rusiya sərhəd demarkasiyası üzrə Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılmasının tərəfdarıdır və bu məsələdə vasitəçi olmağa hazırdır.

Qeyd edək ki, KTMT xarici işlər nazirləri dünən Ermənistanın sərhədlə bağlı qaldırdığı məsələni müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru