"İnsanlıq, namus, sərəf və vicdan insanda ya olur, ya da olmur..."

19-05-2021, 11:06           
"İnsanlıq, namus, sərəf və vicdan insanda ya olur, ya da olmur..."
Ötən gün bulanıq suda balıq tutmaq şakərindən imtina edə bilməyən bir kəmfürsətin sosial şəbəkələrə ötürdüyü bir neçə foto saytlara da ayaq açdı. İddia edildi ki, guya Laçından olan deputat rayona səfər zamanı hansısa şəhid bulağının üstündə və ya onun bir neçə metrliyində kef məclisi təşkil edib və oturub yeyib-içiublər.

Millət vəkili Mahir Abbaszsüdə elə isti-isti iddiaları təkzib edib və onların telekanalların əməkdaşları, politloq və ekspertlərlə, rayondan olan keçmiş döyüşçülərlə birgə səfəri zamanı 10 saatlıq yorucu yoldan sonra sadəcə bir bulaq başında oturub hamılıqla çörək yediklərini deyib. Həmin bulağın başındakı "besetka" ərazidə istidən daldalanmaq üçün yeganə yer olub və həmin bulağın da şəhidlə həır hansı əlaqsi olmayıb.

Həmin səfərin iştirakçısının biri də Birinci Qarabağ Savaşında Laçın istiqamətində ağır döyüşlərin iştirakçısı olan mayor, hamımızın yaxşı tanıdğı hərbi ekspert Ədalət Verdiyev olub. O da yayılan və tirajlanan xəbərə aydınlıq gətirib.

"Şəhidlə əlaqəsi olmayan bulaqda 29 il erməninin yeyib içməsindən narahat olmayanlar, bu gün rayon deputatının döyüşçüləri bir yerdə ayaqüstə nahar etməsindən narahatdır. Süfrə başında oturub gizlin şəkil çəkənlər və bunu tirajlayan saytlar: Siz laçınlı Humay kişinin bulağı basinda 30 illik həsrətdən sonra ermənini yoxsa döyüşçü /veteranlar ilə Mahiri görmək istərdiniz? İnsanlıq, namus, sərəf və vicdan insanda ya olur, ya da olmur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.