“ Təzə yaranan şirkət milyonluq tenderi udur” - Deputatdan SƏRT ÇIXIŞ

21-05-2021, 17:52           
“ Təzə yaranan şirkət milyonluq tenderi udur” - Deputatdan SƏRT ÇIXIŞ
“Azərbaycanda dövlət satınalmaları ilə bağlı problemlər var. Birincisi, tenderlərdə mallar istehsalçıdan deyil, vasitəçidən alınır. Həmin mallar da fərqli qiymətə rəsmiləşdirilir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib.

Deputat bildirib ki, bu hər kəsin bildiyi məsələdir və cəmiyyətdə narazılıq doğurur:

“İkinci problem tenderlərdə iştirakla bağlıdır. Bəzən görürsən ki, 2 ay ərzində yaranan şirkət milyonluq tenderi udur. Məncə bu, qanunvericiliklə tənzimlənməlidir. Tenderlərdə iştirak edən şirkətlər ən azı 5 il öz fəaliyyətində fəaliyyət göstərməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru