Bu şəxslərin nəzərinə: Aylıq əlavə haqq ödənilməsi qaydası dəyişir

22-05-2021, 12:46           
Bu şəxslərin nəzərinə:
Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğə aylıq əlavə haqq ödəniləcək.
Pravda.az-ın məlumatına görə, bu, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, dövlət qulluqçusuna qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilib və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılıb. Haqqın məbləği isə qanunvericiliklə müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru