Meşədə azan yaşlı kişi 17 gün sonra sağ tapıldı - FOTO

26-05-2021, 07:25           
Meşədə azan yaşlı kişi 17 gün sonra sağ tapıldı - FOTO
ABŞ-ın Oreqon ştatında bir kişi 17 gün səhrada sağ qala bilib.

Bu barədə “ABC News” xəbər yayıb.

69 yaşlı Harri Berli mayın 6-da balıq ovuna çıxıb və evə qayıtmayıb. Mayın 8-də onun maşını tapılıb. Axtarışları aparan xilasedicilər səhrada gəzərkən onun tikdirdiyi sığınacaqların qalıqlarına rast gəliblər. Amerikalının izinə düşən xilasedicilər mayın 23-də onu tapa biliblər.

Berlinin vəziyyətinin stabil olduğu, yalnız gəzərkən kiçik ağrılardan şikayətləndiyi bildirilib. O, helikopterlə xəstəxanaya aparılıb və orada müayinə olunub. Hazırda tibb müəssisəsində müalicə edilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru