Bakıda bu dayanacaq pullu edildi - Sürücülərdən narazılıq - FOTO

26-05-2021, 19:54           
Bakıda bu dayanacaq pullu edildi -
Bakıda daha bir dayanacaq ödənişli edilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Avtosfer.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti 28 May metrostansiyasının arxa hissəsində olan əraziyə şlaqbaum qoyaraq ödənişli dayanacaq edib. Həmin dayanacağın qiyməti isə 1 saat üçün 1 manat təyin edilib.

Qeyd edək ki, sözügedən ərazidə işləyən insanlar dayanacağın bu cür pullu edilməsindən narazıdırlar. Sürücülər bildirir ki, əvvəllər 1 manat verməklə gün ərzində dayana bilirdilərsə, indi onların dayanması 4-5 manata başa gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru