"Twitter"in işində problemlər yaranıb

1-07-2021, 07:50           
"Twitter"in işində problemlər yaranıb
"Twitter" sosial şəbəkəsinin işində bir neçə ölkədə fasilələr müşahidə olunur.

Trend-in məlumatına görə, bunu populyar İnternet resurslarının işini izləyən "Downdetector" xidməti bildirib.

Ən çox şikayət ABŞ, Kanada, İngiltərə və Yaponiyadan gəlib.

Məlumata əsasən, problemlər barədə ən çox məlumat (6500-dən çox) ABŞ-dan olan istifadəçilərdən gəlib, onlar saytın işində fasilələrdən şikayət edirlər (92 faiz), 6 faizi hesablarına daxil ola bilmir və daha 2 faizi Android əməliyyat sistemi olan cihazlardakı "Twitter" tətbiqi ilə bağlı problem yaşayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.