Ən çox bahalanan məhsulların adları AÇIQLANDI - SİYAHI

10-09-2021, 20:12           
Ən çox bahalanan məhsulların adları AÇIQLANDI - SİYAHI
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin yanvar-avqust aylarına nisbətən 4,8 faiz artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qiymətlər ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,4 faiz, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,2 faiz artıb.
Bu ilin avqust ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin avqust ayına nisbətən 6,7 faiz bahalanıb.
2021-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri əvvəlki aya nisbətən 0,8 faiz, əvvəlki ilin avqust ayına nisbətən isə 7,8 faiz artıb.
Bu ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan yağının, limonun, qarpızın, kələmin, xiyarın, pomidorun, badımcanın, göy lobyanın, kartofun, soğanın, şəkər tozunun, vaflinin, şokolad və təbii şokolad məmulatlarının, çayın, kola içkisinin, limonadın, arağın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, almanın, armudun, şaftalının, gavalının, yemişin, üzümün, bibərin, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub.
Bu ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma boyaların, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, mebellərin, soyuducuların, paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, toz şəklində sintetik yuyuсu vasitələrin, diş pastalarının, şampunların, dezodorantların, ucuzlaşma isə əsasən kondisionerlərin və mobil telefonların qiymətlərində müşahidə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru