General HƏBS OLUNDU: əsgərləri bağında… – FOTO

11-09-2021, 00:05           
General HƏBS OLUNDU: əsgərləri bağında… – FOTO
Rusiya Silahlı Qüvvələrinin mühəndislik qoşunlarının rəis müavini, general-mayor Ruslan Alahverdiyevin əsgərlərini bağ evlərində işləməyə cəlb etdiyi məlum olub.

Teref.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

İstintaq sənədlərinə görə, 2019-cu ildən 2021-ci ilə qədər general-mayor Moskva və Moskva ətrafında dislokasiya olunmuş hərbi hissələrin komandirlərinə hərbi qulluqçuların onun və tanışlarının Moskva vilayətinin Krasnoqorsk rayonundakı bağ sahələrində müxtəlif işlərə göndərmələri üçün dəfələrlə qanunsuz göstərişlər verib.

Daha əvvəl məlum olub ki, generalın həbsi qanuni sayılıb. Bu barədə “Lenta.ru”ya məhkəmənin mətbuat katibi İrina Jirnova məlumat verib. Məhkəmə dinləmələrinin nəticələrinə əsasən, sentyabrın 28-dək həbs qətimkan tədbiri seçilməsinin qanuni olduğu qəbul edilərək zabitin azad edilməsindən imtina edilib.

Alahverdiyev avqustun ortalarında saxlanılıb və təyin olunan şərtləri pozaraq korrupsiya işində təqsirləndirilən şəxslərə təzyiq göstərməyə başladıqdan sonra istintaq təcridxanasına göndərilib. Ruslan Alahverdiyevə Rusiya Federasiyası Cinayət Məcəlləsinin külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.

Publika.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.