Koronavirus heyvanlar aləminə də sıçradı – Qorxunc GƏLİŞMƏ

13-09-2021, 00:01           
Koronavirus heyvanlar aləminə də sıçradı –
ABŞ-ın Corciya ştatının Atlanta şəhərindəki zooparkda 13 qorillanın koronavirusa yoluxduğu açıqlanıb.

Teref.az teleqraf.com-a istinadən xəbər verir ki, zooparkdakı ən yaşlı qorilla olan 60 yaşlı Ozzi adlı meymun koronavirusa yoluxanlar arasındadır.

Zoopark rəhbərliyi qorillaların öskürdüyünü, qrip olduqlarını və iştahlarının azaldığını bildirib.

Açıqlamada qorillaların müalicə olunduğu deyilib. Zoopark işçilərinin hamısının tam peyvənd edildiyi, qoruyucu vasitələr taxdıqları vurğulanan açıqlamada heç bir simptom göstərməyən bir işçinin virusu qorillalara ötürdüyünün ehtimal olunduğu qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru