Bağlandakı müqavimət qüvvələri taliblərə pusqu qurublar

13-09-2021, 00:10           
Bağlandakı müqavimət qüvvələri taliblərə pusqu qurublar
Əfqanıstanın yeni hökumətindəki Mədəniyyət komissiyasındakı mənbə isə RİA Novosti-yə müsahibəsində bildirib ki, Pəncşir və Bağlanda hər hansı bir döyüş olmayıb.

Pəncşir əyaləti ilə həmsərhəd olan Bağlan əyalətinin Əndərab bölgəsində Taliban* döyüşçüləri ilə Əfqanıstanın Milli müavimət hərəkatı qüvvələri arasında toqquşma baş verib. Bu barədə RİA Novosti-yə bölgə sakini Mücahid Əndərabi məlumat verib.

“Bu səhər müqavimət qüvvələri Əndərabda taliblərlə toqquşublar. Nəticədə 11 talib məhv edilib, bir neçəsi yaralanıb”, - deyə Əndərabi bildirib.
Onun sözlərinə görə, taliblər müqavimət qüvvələrinin qurduğu pusquya düşüblər. Lakin mənbənin müqavimət qüvvələrinin itkiləri barədə məlumatı olmayıb.

Əfqanıstanın yeni hökumətindəki Mədəniyyət komissiyasındakı mənbə isə RİA Novosti-yə müsahibəsində bildirib ki, Pəncşir və Bağlanda hər hansı bir döyüş olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru