“Tesla Azerbaıjan” adlı şirkət - TƏSİS EDİLDİ

29-10-2021, 12:48           
“Tesla Azerbaıjan” adlı şirkət - TƏSİS EDİLDİ
Azərbaycanda yeni “Tesla Azerbaıjan” adında şirkət təsis edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu “Tesla Azerbaıjan” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkət Bakı şəhəri Nərimanov rayonu, Tələt Şıxəliyev, ev 20, m. 187 ünvanında dövlət qeydiyyatına alınıb və 100 manat nizamnamə kapitalına malikdir.

Şirkətin qanuni təmsilçisi Mir Mövsüm Dadaşev Anar oğludur. Mir Mövsüm 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş və barəsində müsbət cavab verilmiş 167 şəxsdən biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru