“WhatsApp”da çoxdan gözlənilən yenilik

25-11-2021, 09:25           
“WhatsApp”da çoxdan gözlənilən yenilik
“WhatsApp” messenceri istifadəçilərinə öz stikerlərini yaratmağa imkan verib. Yeni funksiya tətbiqin beta versiyasında meydana çıxıb və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

Onun sayəsində istifadəçilər ixtiyarında olan bütün şəkillərdən stikerlər yarada biləcək. Hazırda bu funksiya yalnız fərdi kompüterlərdəki “WhatsApp” proqramlarında çalışır. Messencerdə şəkli fondan ayırmağa, kəsməyə və ya çevirməyə imkan verən tam formatlı redaktor tətbiq olunub.

Yeniliyin əvvəlcə Android istifadəçiləri, daha sonra isə iPhone sahibləri üçün əlçatan olacağı gözlənilir.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru