İnstaqramda dəyişiklik edildi

9-12-2021, 09:42           
İnstaqramda dəyişiklik edildi
İnstaqram yeniyetmələri qorumaq üçün tətbiqdə dəyişiklik edildiyini açıqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə tətbiqin rəhbəri Adam Mosseri məlumat yayıb.

Bildirilib ki, yeniyetmə istifadəçilərinə tövsiyə etdiyi məzmunda daha seçici olacaq və sosial şəbəkəni uzun müddət istifadə edən yeniyetmələri fasilə verməyə təşviq edəcək.

Mosseri İnstaqramın gənc istifadəçilərə təklif olunan, göstərilən məzmunu və hesabları daha ciddi şəkildə izləyəcəyini vurğulayıb.

Açıqlamada gənclər üçün platformaya gətirilən "fasilə ver" funksiyası sayəsində proqramdan müəyyən müddət istifadə edən gənclərin fasilə verməyə təşviq ediləcəyi qeyd olunub.

ABŞ, İngiltərə, Avstraliya və Kanadada artıq aktivləşdirilən yenilik gələn ildən digər ölkələrdə də istifadəyə veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.