Ruslara ağır zərbə: resursları tükənir - Hesabat

19-04-2022, 10:28           
Ruslara ağır zərbə: resursları tükənir - Hesabat
Ukrayna ordusu bu müharibədə 20,6 minə yaxın rus hərbçisini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Conflict Intelligence Team (CIT) analitik qrupunun hesabatında deyilir.

“Ukraynada itki verməməli olan Rusiya dəniz piyadalarının heç bir briqadası qalmayıb. Onların itkiləri Moldovaya növbəti hücumun mümkünlüyü ilə bağlı şayiələr fonunda nəzərə çarpır. Döyüş bölmələri böyük ölçüdə itirilsə, Moldovaya, Polşaya, Pribaltikaya və digər ölkələrə hücum etmək üçün heç bir resurs olmayacaq”, - Analitik qrup qeyd edir.

Analitiklər dəniz piyadalarının Rusiyanın ən bacarıqlı və təlim keçmiş bölmələrindən biri olduğunu xüsusil vurğulayırlar.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ukraynalı müdafiəçilər artıq 20,6 minə yaxın rus işğalçısını məhv ediblər.

Bundan əlavə, 790 tank, 2 min 41 zirehli döyüş maşını, 381 artilleriya sistemi, 130 reaktiv qumbaraatan, 67 hava hücumundan müdafiə sistemi, 167 təyyarə, 147 helikopter, 1 487 ədəd nəqliyyat vasitəsi, 8 gəmi/qayıq, 76 yanacaq daşıyan tank və sürtkü yağları və 155 əməliyyat-taktiki pilotsuz uçuş aparatı məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru