Bakı şəhər Dövlət Yol Polis İdarəsində 17 nömrəli "ölüm otağ"-ı

10-05-2016, 00:25           

Razi Muradov Bolgexeber.com-a Bakı şəhər Dövlət Yol Polis İdarəsi ilə bağlı şikayət məktubu ünvanlayıb. Məktubda Razi bildirir ki, aprel ayının 10-da ,Azadlıq prospektində Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları onu saxlayaraq,cəriməsinin olduğu üçün avtomobilini cərimə meydançasına aparıblar.
Dərhal bütün cərimələrini ödəyən sürücü Muradov avtomobilini cərimə meydançasından götürmək üçün Bakı şəhər Dövlət Yol Polis İdarəsinə yollanıb.Lakin idarədən ona deyilib ki, “get 17-ci otağa,orada sənə deyəcəklər avtomobilini götürmək üçün nə etməlisən.”Razini 17-ci otaqda baş leytenant Mehman Həmzəyev qarşılayıb və deyib ki, “biz nə bilək sən cəriməni ödəmisən,bəlkə elə sən orada bizim əməkdaşa əl qaldırmısan yaxud onu ağır sözlərlə təhqir etmisən.Buna görə də sənin avtomobilini iki günə geri qaytaracağıq.” Razi nə qədər and-aman etsə ki,“mən heç kimə əl qaldırmamışam”ona məhəl qoyulmayıb.O hətta ödədiyi məbləğin qəbzini və protokolu Mehman Həmzəyevə təqdim edib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ilə əlaqə saxladıq.O,bizə bildirdi ki, “biz məsələni araşdırıb,sizə məlumat verəcəyik.”Lakin deyildiyi vaxtdan artıq 3 saat keçməsinə baxmayaraq hələ də bizə məlumat verən yoxdur.
Sürüclər məhz bu cür özbaşınalıqlara görə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin 17-ci otağını “ölüm otağı” adlandırırlar.Çünki bu otaqda sürücüləri sözün əsl mənasında soyurlar.Bura cibi dolu girən boş çıxır .Həmin otaqda sürücələrin həyat məsələsi həll olunur.Bunu biz demirik yolu o otaqdan düşən sürüclər deyir.
Qeyd edək ki, sürücünün çox saylı müraciətlərindən və bizim məsələyə müdaxiləmizdən sonra sürücünün bütün sənədləri və avtomobili onun özünə qaytarılıb.Araşdırmalarımız davam edəcək.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!
Bakı şəhər Dövlət Yol Polis İdarəsində 17 nömrəli "ölüm otağ"-ı















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.