Müdafiə Nazirliyində saxlanılanlar var? - AÇIQLAMA

2-09-2022, 16:21           
Müdafiə Nazirliyində saxlanılanlar var? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən,general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Generalla yanaşı, digər şəxslərin də saxlanıldığı iddia olunur. Məlumatı dəqiqləşdirmək məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində bölmə rəisi, xidmət rəisinin müavini Anar Eyvazovla əlaqə saxlayıb. TEREF.AZ xəbər verir ki, o, "Sherg.az"a açıqlamasında xəbəri nə təkzib etdi, nə də təsdiq: "Bu məsələni hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək lazımdır."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.