Bir intiharın sozardı-- Putin vəlvələsi can aldı

2-09-2022, 20:11           
Bir intiharın sozardı-- Putin vəlvələsi can aldı
Bu qızın adı Oksana idi. Moskvada yaşayırdı. Oksana bu gün özünü asaraq intihar edib. İntiharın səbəbi nüvə müharibəsini görmək istəməməsi olub.
Polislər onun intihar etdiyi evində bir son söz məktubu tapıblar. "Mən nüvə müharibəsini görmək istəmirəm", - Oksana son məktubunda yazıb.
Valideynlərinin bildirdiyinə görə, o, son zamanlar Ukraynada gedən döyüşlərin nüvə savaşına çevrilə biləcəyindən narahat imiş və ağır depressiya keçirirmiş.
Putinin Rusiya xalqına bağışladığı bu xoşbəxtliyi zəlzələ barədə deyilən məşhur zərb-məsəllə müqayisə etmək olar: "Dədəm öldü: ya zəlzələdən, ya vəlvədən". Oksana da "nüvə zəlzələsi"ni görmədən, onun vəlvələsinə qurban getdi.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.