Yaponiyada qocalar evində körpələri işə götürürlər 3-09-2022, 10:23 Yaponiyanın Kitakyuşu şəhərindəki qocalar evi qeyri-adi kadr açıqlaması ilə gündəm olub.Elanda qeyd olunub ki, qocalar evinin sakinlərini sevindirə biləcək körpələr axtarılır.Körpələrin yuxulu, ac və ya narahat olduqları zaman fasilə verə biləcəkləri bildirilib.Reklamda o da qeyd olunub ki, körpələr 4 yaşdan kiçik olmalıdır.Qocalar evinə anaları ilə gələcək körpələrə qarşılığında uşaq yeməyi və bezlər veriləcək.İndiyədək proqrama 30-dan çox körpə daxil edilib.Qocalar evi rəhbərliyi bildirib ki, hətta körpələrin dəhlizlərdə gəzməsi belə qocaları sevindirib.Mənbə: Haber Global Facebook-da paylaş