Bitkoinin qiyməti 20 min dollardan aşağı düşüb

3-09-2022, 10:28           
Bitkoinin qiyməti 20 min dollardan aşağı düşüb
Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 20 min ABŞ dollarından aşağı düşüb.

“Report” xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 0,92 % ucuzlaşaraq 19,953 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 381 milyard ABŞ dolları kimi azalıb.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1,45 % azalaraq 1,567 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən “Solana”dır.

Kriptovalyuta bazarının toplam dəyəri 979 milyard ABŞ dollarına düşüb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 09:33-ə olan məlumatları aşağıdakı kimidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru