Amerikada tələbələr arasında atışma olub, ölənlər və yaralılar var

5-09-2022, 09:07           
Amerikada tələbələr arasında atışma olub, ölənlər və yaralılar var
Amerikanın Virciniya ştatının Norfolk şəhərində atışma baş verib. “Report” xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, gecə yarısı hadisə yerinə gələn polis orada yeddi yaralı - dörd qadın və üç kişini aşkar edib.

Onların hamısı xəstəxanaya yerləşdirilib. Lakin iki yaralının həyatını xilas etmək mümkün olmayıb.

Norfolk Dövlət Universiteti silahlı hücuma məruz qalanların bəzilərinin universitet tələbələri olduğunu bildirib.

Norfolk polisi hələlik hadisənin motivləri barədə məlumat yaymayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru