Ukraynadan uğurlu əməliyyat: Ruslara ağır zərbə vuruldu

5-09-2022, 11:48           
Ukraynadan uğurlu əməliyyat:
Ukrayna ordusu Xarkov vilayətində Semenovka və Kupyansk yaxınlığında işğalçıları və döyüş sursatı olan səhra anbarını məhv ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Xarkov vilayətinin Semenovka və Kupyansk yaşayış məntəqələri yaxınlığında düşmənin cəmləşdiyi ərazilərə effektiv atəş hücumu nəticəsində rus işğalçıları itki verib. Sursat olan səhra anbarlarından biri, eləcə də düşmənin şəxsi heyəti və hərbi texnikası məhv edilib. Zərərlər dəqiqləşdirilir”, - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Qrupu düşmənin raket, hava zərbələrini dəf etməkdə davam edir və Ukraynanın kritik obyektlərini effektiv şəkildə müdafiə edir.

Xatırladaq ki, ötən gün rus ordusu Xarkovu yenidən atəşə tutub. Şəhərin iki rayonu vurulub. Atışma nəticəsində iki nəfər yaralanıb, bir neçə fərdi yaşayış evi və onların yanındakı çoxmərtəbəli binaya ziyan dəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.