Ukrayna ordusu 4 yaşayış məntəqəsini azad etdi

6-09-2022, 10:03           
Ukrayna ordusu 4 yaşayış məntəqəsini azad etdi
Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Olqino kəndini azad ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna prezident aparatının müşaviri Aleksey Arestoviç bildirib.

Kənd Xerson vilayətinin şimalında, əvvəllər azad edilmiş Vısokopolyenin yaxınlığında yerləşir.

Vısokopolyedə ukraynalı müdafiəçilər "DXR"in 10-dan çox döyüşçüsünü əsir götürüblər. Arestoviçin sözlərinə görə, Olqinonun cənubunda yerləşən Novopetrovka kəndi rusların əlindədir.

O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri daha üç yaşayış məntəqəsini azad edib.

Arestoviç hesab edir ki, Xersona köçmək barədə danışmaq hələ tezdir, lakin Dneprin sağ sahilindəki rus qruplaşması mühasirədədir. Eyni zamanda, düşmənin bərə keçidləri Ukraynanın atəşi altında həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru