Əks-hücum Rusiyanın potensialını məhv edir

6-09-2022, 11:17           
Əks-hücum Rusiyanın potensialını məhv edir
Ukrayna əsgərləri rusların maddi-texniki imkanlarını zəiflədib. Onlar cənubda Rusiyanın canlı qüvvəsi və texnikası, komanda mərkəzləri və logistika mərkəzlərinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ukraynanın əks-hücum əməliyyatı Rusiyanın ölkənin cənubunda maddi-texniki və inzibati potensialını əhəmiyyətli dərəcədə pisləşdirir. Əks-hücum Rusiyanın işğal olunmuş ərazilərdə referendum keçirmək planlarının da qarşısını alıb. Bütün proseslər təhlükəsizlik səbəbindən dayandırılır. Ukrayna qoşunları Xerson vilayətində Rusiyanın taktiki və əməliyyat səviyyəsinin imkanlarını yavaş-yavaş azaltmaq niyyətindədir. Bu, çox güman ki, işğalçıların inzibati və bürokratik imkanlarına ciddi təsir göstərəcək", - məlumatda deyilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru