Əflatun Amaşov MŞ sədrliyindən gedir - sentyabrın 24-ü...

6-09-2022, 16:31           
Əflatun Amaşov MŞ sədrliyindən gedir - sentyabrın 24-ü...
Mətbuat Şurasının (MŞ) növbəti qurultayının keçiriləcəyi tarix bəlli olub. Qurultay sentyabrın 24-ü keçiriləcək.

DİA.AZ xəbər verir ki, bu barədə qərar MŞ İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. Sentyabrın 24-də baş tutacaq qurultayda Mətbuat Şurasının yeni sədrinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in hazırkı sədri Əflatun Amaşovun yeni seçkilərdə namizəd olmayacağı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru