Qışda evlərini qızdıracaq isveçrəliləri həbs gözləyir

7-09-2022, 09:34           
Qışda evlərini qızdıracaq isveçrəliləri həbs gözləyir
Bu qış ölkədə qaz çatışmazlığı şəraitində evlərini 19 dərəcədən yuxarı qızdıraraq hökumətin göstərişlərini pozan İsveçrəliləri cərimə və üç ilə qədər həbs cəzası gözləyir.

Bunu ölkənin iqtisadiyyat nazirliyinin sözçüsü Markus Spurndli təsdiqləyib.

"Bir ölkənin təchizat qanununun pozulması həmişə cinayətdir və standart olaraq kantonlar tərəfindən mühakimə edilməlidir”, - deyə o, jurnalistlərə izah edib.

Qaydaların qəsdən pozulması halında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər. Qaydalar səhlənkarlıq səbəbindən pozularsa, o zaman ölkə sakinlərini cərimələr gözləyir.

Mənbə: 1prime.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru