Solovyovu DÖYDÜLƏR - Efirə üzündə qançırlarla ÇIXDI VİDEO

7-09-2022, 19:00           
Solovyovu DÖYDÜLƏR -
Efirə üzündə qançırlarla çıxan Solovyovun döyüldüyü ehtimal olunur.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, rusiyalı jurnalist və təbliğatçı Vladimir Solovyov “Solovyev LIVE” verilişinin canlı efirinə üzündə sıyrıqlarla çıxıb. O, qançırların səbəbləri barədə tamaşaçılara məlumat verməmək qərarına gəlib.

Jurnalistlər ondan nə baş verdiyini soruşduqda o, belə cavab verib: “Sizin işiniz deyil!”.

Qeyd olunur ki, jurnalistin sol yanaq sümüyü zədələnib və gözünün altı qaralıb, burnunda və burun körpüsündə də qızartı hiss olunur.

“Cəsarətli” və kəskin açıqlamalarına görə siyasətçinin düşmənləri çoxdur. Onlardan biri Solovyovun xüsusi əməliyyat başlayandan sonra xaricə qaçdığına görə dəfələrlə ona qarşı mənfi fikirlər səsləndirdiyi ulduz müğənni Alla Puqaçovadır.

Xüsusilə “sərt” teleaparıcı avqustun sonunda Rusiyaya qayıtdıqdan sonra Primadonnaya yenidən “ilişib”.

Sentyabrın 1-də jurnalistlərə açıqlama verən Puqaçova “bir adamın üzünə yumruq vurmaq” xəyalında olduğuna eyham vurub. Bununla belə, müğənni konkret ad çəkməyib. Sonradan Puqaçova sosial şəbəkələrdə Solovyovun “qəzəb və kobudluqdan partlaya biləcəyini” bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru