Vyetnamda karaoke-bardakı yanğında ölənlərin sayı artıb
8-09-2022, 09:13
Vyetnamın cənub-şərqindəki Bin Duonq əyalətində karaoke-barda baş verən yanğın zamanı ölənlərin sayı 32 nəfərə çatıb.
İnsident Ho Şi Min şəhərindən 25 kilometr aralıda yerləşən Thuan An şəhərində, üçmərtəbəli karaoke-barın ikinci mərtəbəsində baş verib.
İctimai Təhlükəsizlik Nazirliyinin rəsmisi yanğın zamanı 17 kişi və 15 qadının öldüyünü açıqlayıb. Səlahiyyətlilər bildiriblər ki, binanın içərisi taxta materiallardan olduğu üçün alov qısa müddətdə ətrafa yayılıb və qatı tüstü işçilərin, eləcə də müştərilərin təxliyəsini çətinləşdirib. Alovdan xilas olmaq istəyənlərin özlərini binanın ikinci mərtəbəsindən atdığı bildirilib.
İlkin ehtimallara görə yanğının elektrik qısaqapanmasından başlaya biləcəyi qeyd edilib.