Bu gün Ukraynadan taxıl yüklü beş gəmi yola düşəcək

8-09-2022, 10:18           
Bu gün Ukraynadan taxıl yüklü beş gəmi yola düşəcək
BMT-nin verdiyi məlumata görə, Birləşmiş Koordinasiya Mərkəzi Qara dəniz taxıl təşəbbüsü çərçivəsində cümə axşamı ərzaq yüklü beş gəmiyə Ukrayna limanlarını tərk etməyə icazə verib.

Teleqraf.com xəbər verir ki, Birləşmiş Koordinasiya Mərkəzi Qara dəniz taxıl təşəbbüsü çərçivəsində ümumilikdə 83 241 ton taxıl və digər ərzaq məhsulları daşıyan beş gəminin yola salınmasına icazə verib.

İyulun 22-də İstanbulda BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə Ukraynanın üç limanından - Çernomorsk, Odessa və Yujnı limanlarından taxıl ixracı üçün dəhlizin yaradılmasına dair iki sənəd imzalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru