Rusiya ordusunun Belqorod şəhərindən Ukrayna ərazisinə raket atışı uğursuz olub. Bakipost.az Unian-a istinadla xəbər verir ki, raket havada partlayıb. Yerli sakinlər raketin partladığı anı lentə alıblar. Bildirilir ki, raketin qalıqları Belqorod ərazisinə düşüb və şəhərin rayonlardan birində işıqlar sönüb. Həmçinin bir evin pəncərələrinin sındığı da bildirilir.