“Ukrayna ordusu Xarkovda 30-dan çox yaşayış məntəqəsini azad edib” - Zelenski

10-09-2022, 08:23           
“Ukrayna ordusu Xarkovda 30-dan çox yaşayış məntəqəsini azad edib” - Zelenski
"Ukrayna hərbçiləri Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad ediblər".

“Report”un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski yeni videomüraciətində bildirib.
Ətraflı

O, qeyd edib ki, ordu azad edilmiş yaşayış məntəqələrini nəzarət altına alınıb.

"Ordumuz, kəşfiyyatımız və Ukrayna Təhlükəsizlik Xidməti bir sıra əməliyyat bölgələrində aktiv əməliyyatları davam etdirir. Uğurla davam etdirirlər", - Prezident bildirib.

“Hazırda Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad edib və nəzarətə götürüb”, - dövlət başçısı əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru