Azərbaycan nefti 3 dollara yaxın bahalaşdı

10-09-2022, 11:12           
Azərbaycan nefti 3 dollara yaxın bahalaşdı
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 9-da 95,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,8 dollar/barel çoxdur.

Publika.az bildirir ki, bu barədə "trend"-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 93,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,79 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,63 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 90,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,87 dollar/barel çoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.