Kraliçanın dəfni üçün Türkiyədən 1.5 milyon qızılgül alındı

12-09-2022, 09:18           
Kraliçanın dəfni üçün Türkiyədən 1.5 milyon qızılgül alındı
İngiltərə kraliçası II Elizabetin yas və cənazə törənləri üçün Türkiyədən rekord həddə qızılgül alındı. Gundeminfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Antalya və Spartadan alınan çiçək tələbi 2 dəfə artıb.
Kraliçanın dəfni və vida mərasimi üçün artıq TIR-larla deyil, hava nəqliyyatı ilə çiçək daşınır.
Türkiyənin çiçək ixracatçıları həm iş saatlarını, həm də işçilərin sayını artırıb.
Məlumat üçün bildirək ki, Kraliça Elizabetin 8 sentyabrda vəfatından sonra kraliyyət ailəsi 10 günlük dəfn və vida mərasiminə dair proqram hazırlayıb. Bu səbəbdən də Hollandiya çiçək ixracatçıları yaranmış tələbi qarşılaya bilmədiklərindən, Türkiyəyə də göndərilən sifarişlər kəskin artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru